802 min manatlıq mənimsəmə, yoxsa soyğunçuluq? - MƏHKƏMƏ
27 oktyabr 2025 14:07 (UTC +04:00)

802 min manatlıq mənimsəmə, yoxsa soyğunçuluq? - MƏHKƏMƏ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova -Məmmədovanın sədrliyi ilə "Rifah Group” MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibi Samirə Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, zərərçəkənin vəkili çıxış edərək istintaqın çox səthi aparıldığını bildirib:

"Əməliyyatlarda yanlışlıqlara yol verilib. Araşdırma aparılmayıb, aidiyatlı şəxslər bu yanlışlıqları görsələr də, düzəldilməsində niyəsə maraqlı olmayıblar. Əslində Samirə şirkətin mühasibat uçotunu qanuni həyata keçirməyib. Məlumatımıza görə Samirə "Rifah Group"MMC-yə gələnə kimi digər işlədiyi yerlərdə də eyni soyğunçuluğu edib. Bu işlə bağlı digər şəxslərin məsuliyyətdən kənarda olmasının səbəbi onların bir-birinin ardında durması, müdafiə etməsidir. Samirə həmin vəsatəti öz şəxsi məqsədləri üçün istifadə edib. Vəsatət verirəm; dövlət ittihamçısının istədiyi cəza ilə qəti razı deyilik, bu qadına daha ağır ittiham verilməsi üçün işin təzədən istintaqa qaytarılmasını xahiş edirik".

Məhkəmə qısa müşavirədən sonra bu vəsatətin təmin olunmadığını elan edib.

Qısa sürən müşavirədən sonra məhkəmə heyəti vəsatətin təmin edilməyini bildirib.

Müdafiə tərəfi çıxış üçün vaxt istəyib. Növbəti məhkəmə 29 oktyabr saat 15:00-a təyin olunub.

Xatırladaq ki, ittihama görə, Samirə Zeynaova “Rifah Group” MMC-nin baş müsahibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından başqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək onların adına bank hesabları açıb və MMC-yə məxsus 802.429, 45 manat pul vəsaitini onların hesabına köçürərək mənimsəyib. O, bu əməli törədərkən öz vəzifə mövqeyindən sui-istifadə edib.

Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Samirə Zeynalovanın 4 övladı var, övladlarından biri 1-ci qrup əlildir.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 532

Oxşar yazılar