Türkiyədə 12 yaşlı oğlan qətlə yetirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Tokat şəhərində baş verib. Turhal qəsəbəsində yaşayan 6-cı sinif şagirdi Dursun Efe Andıç nənəsinə dostları ilə velosiped sürməyə gedəcəyini deyərək, evdən çıxıb. Lakin axşamadək evə gəlmədiyi üçün ailə üzvləri polisə müraciət ediblər.
Axtarışlar zamanı onun meyiti meşəlik ərazidə tapılıb. Polis hadisə ilə əlaqədar azyaşlının birgə velosiped sürdüyü 21 yaşlı U.G.-nı saxlayıb. Saxlanılan şəxs ifadəsində aralarında mübahisə yarandığını və bu zaman uşağı bıçaqlayıb öldürdüyünü deyib.
Cinayətkar Dusrun Efe Andıçı öldürdükdən sonra meyitini ağaclıq əraziyə atdığını da qeyd edib.
Hazırda araşdırmalar davam edir.