Üç uşaq anası olan arvadını maşında GÜLLƏLƏDİ
02 sentyabr 2023 19:47 (UTC +04:00)

Üç uşaq anası olan arvadını maşında GÜLLƏLƏDİ

Türkiyədə ər arvadını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhəri Cihanbəyli qəsəbəsində baş verib. Avtomobildə olarkən 33 yaşlı Hüseyn Akbulut ilə arvadı, 3 uşaq anası 26 yaşlı Zeliha Akbulut arasında mübahisə yaranıb.

Mübahisə zamanı ər arvadını güllələyib. Daha sonra o, yaralı həyat yoldaşını maşından düşürərək təcili tibbi yardım çağırıb və hadisə yerindən qaçıb. Həkimlər qadının artıq öldüyünü bildiriblər.

Hüseyn Akbulut isə polisə gedərək təslim olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4485
avatar

Oxşar yazılar