Türkiyədə uşaqlara silahlı HÜCUM
31 oktyabr 2023 14:14 (UTC +04:00)

Türkiyədə uşaqlara silahlı HÜCUM

Türkiyədə uşaqlara silahlı hücum olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Arnavutköy qəsəbəsində baş verib. Naməlum şəxs gecə saatlarında parkda oturan 15 və 14 yaşlı iki uşağa atəş açıb. Nəticədə onlar yaralanıblar.

Silah səsini eşidən polisə xəbər veriblər. Hücum edən şəxsin əraziyə motosikletlə gəldiyi bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı axtarışlara başlayıb.

# 3147
avatar

Oxşar yazılar