Tərtərdə bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Mamırlı kəndi ərazisində yerləşən "N 1 ucuzluq" adlanan geyim mağazasında baş verib. 22 yaşlı Mehdiyev Bəhruz Firuz oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 24 yaşlı Ağayev Bəxtiyar Qaytaran oğlunun sol döş qəfəs nahiyəsinə 1 bıçaq xəsarəti yetirib.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.