Sankt-Peterburqda yaşlı qadın öz oğlunu qarnından bıçaqlayıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, insident dekabrın 28-i günorta saatlarında Leninski prospektində baş verib. Bir neçə gün davam edən mübahisə zamanı təqaüdçü bıçağı götürərək, oğlunu bıçaqlayıb. Onun həmin vaxt sərxoş olduğu bildirilir.
Hadisədən sonra kişi orta ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Anası polis bölməsinə aparılıb.
Qadın izahat verdikdən sonra o, gəlmək öhdəliyi ilə evə buraxılıb.
Hazırda araşdırma aparılır.