Türkiyədə qadın yeniyetmənin ehtiyatsızlığının qurbanı olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Diyarbəkir şəhərinin Kayapınar qəsəbəsində baş verib. 41 yaşlı Medine Polat evdə uşaqlarının yanında olarkən qəflətən yerə yıxılıb. Uşaqlar analarının huşunu itirdiyini düşünərək qonşularını çağırıblar. Çağırışa gələn təcili tibbi yardım əməkdaşları qadını xəstəxanaya aparıblar. Lakin burada onu xilas etmək mümkün olmayıb.
Şübhəli qismində qadının əri Mehmet Polat saxlanılıb. Ancaq araşdırma zamanı məlum olub ki, mərhumun evi ilə üzbəüz yerləşən binada 16 yaşlı A.A. tapança ilə oynayıb. Qəflətən odlu silahdan açılan atəş Medine Polata dəyib.
Polislər A.A.-nı saxlayıb. Mərhumun əri isə sərbəst buraxılıb.