Tanınmış jurnalistin oğlu adam bıçaqladı - YENİLƏNİB
27 sentyabr 2024 11:07 (UTC +04:00)

Tanınmış jurnalistin oğlu adam bıçaqladı - YENİLƏNİB

Bakıda adam bıçaqlayan Ayxan İbrahimli ilə bağlı yeni fakt məlum olub. 

Lent.az xəbər verir ki, Ayxan İbrahimli eks prezident Ayaz Mütəllibovun mətbuat katibi olmuş, jurnalist Teylor Fətişoğlunun oğludur. 

Qeyd edək ki, Teylor Fətişoğlu özü də hazırda həbsdədir. 

***

saat 10:14

Bakıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında Xətai rayonu Sabit Orucov küçəsində qeydə alınıb. İbrahimli Ayxan Teylor oğlu aralarında yaranan münaqişə zamanı Bilalov Əziz Cumalı oğlunun qarnına 2 ədəd bıçaq zərbəsi vurub.

Faktla bağlı cinayət işi başlanıb. Ayxan İbrahimli şübhəli şəxs qismində saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1569
avatar

Mehman Nəbiyev

Oxşar yazılar