Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Lent.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Nurlan Paşayev "Karvan" ticarət mərkəzinin yaxınlığında saxlanılaraq, şəhər Polis İdarəsinə gətirilib. Baxış zamanı üzərindən 5 qram marixuana, 40 ədəd metadon həbi, yaşadığı evdən isə 1 ədəd elektron tərəzi, 830 qram marixuana, 60 ədəd konvalyutda ümumilikdə 600 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, N. Paşayev həbs edilib.