Sumqayıtda kişi qohumunu bıçaqladı
02 sentyabr 2023 12:04 (UTC +04:00)

Sumqayıtda kişi qohumunu bıçaqladı

Sumqayıtda bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə gecə saat 2 radələrində 4-cü mikrorayon 7 saylı binanın qarşısında baş verib. 42 yaşlı Məmmədov Vüqar Vaqif oğlu aralarında baş vermiş mübahisə zamanı qohumu 44 yaşlı Əliyev Elşən Cəbrayıl oğlunu qarnından bıçaqlayıb.

Məmmədov Vüqar Vaqif oğlu şübhəli şəxs qismində tutulub. 

Fakt üzrə Sumqayıt ŞPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb, hazırda istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2550
avatar

Mehman Nəbiyev

Oxşar yazılar