Sumqayıtda evə edilən silahlı basqınla bağlı yeni təfərrüatlar məlum olub.
Lent.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, silahlı basqın zamanı qətlə yetirilən 73 yaşlı Dağbəyi Fərəcov Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının üzvüdür.
Qeyd edək ki, hadisə bu gün səhər saat 05:50-də Sumqayıt şəhəri 16 mikrorayon ərazisində qeydə alınıb. Naməlum şəxs D. Fərəcova məxsus evə gələrək odlu silahdan atəş açıb. Nəticədə D. Fərəcov, onun qızı Suzana Fərəcova həlak olublar. Xanımı Tərlan Fərəcova və kürəkəni Serkan Karakaş, həmçinin onların köməyinə çıxan qonşuları Mehman və atası Etibar Sarıyevlər isə yaralanıblar.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədəni müəyyən edib saxlamaq üçün əməliyyat-axtarış tədbirləri keçirir.
Dağbəyi Fərəcov
Tərlan Fərəcova
Serkan Karakaş