Sumqayıtda DƏHŞƏT:   Yataqxanada öldürüldü
10 yanvar 2024 07:14 (UTC +04:00)

Sumqayıtda DƏHŞƏT: Yataqxanada öldürüldü

Yanvarın 10-də saat 02 radələrində Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Piriyev Hədənalı Əli oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, 1983-cu il təvəllüdlü Quliyev Seymur Seymur Şahmar oğlu saxlanılıb. 

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. 

Araşdırma aparılır.
 

***

03.33

Sumqayıt şəhərində kişi bıçaqlanaraq öldürülüb.

Lent.az xəbər verir ki, hadisə 15-ci məhəllədə 16 saylı yataqxanada baş verib.

1990-cı il təvəllüdlü Həsənəli Əli oğlu Piriyev yaşadığı mənzildə bıçalanaraq öldürülüb.
Hadisənin hansı şəraitdə və kim tərəfindən törəldiyi məlum deyil.

Fakt araşdırılır.
 

# 6204
avatar

Oxşar yazılar