Sumqayıtda DƏHŞƏT:  ər arvadını  boğub öldürdü  - YENİLƏNİB
13 fevral 2025 10:30 (UTC +04:00)

Sumqayıtda DƏHŞƏT: ər arvadını boğub öldürdü - YENİLƏNİB

Sumqayıtda arvadını boğaraq öldürən kişi tutulub.

Lent.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1975-ci il təvəllüdlü Qorxmaz Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, əri tərəfindən qətlə yetirilən Cəmalə Quliyeva tibb bacısı imiş.

***

saat 02:24

Sumqayıtda ər arvadını boğaraq öldürüb.

Lent.az xəbər verir ki, hadisə şəhərin Yaşıl Dərə yaşayış massivində qeydə alınıb.

1984-cü il təvəllüdlü Quliyeva Cəmalə İmran qızının həyat yoldaşı tərəfindən boğularaq öldürüldüyü bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3990

Oxşar yazılar