Sumqayıtda ata-anasını öldürən 10 gün əvvəl tutulubmuş - YENİ TƏFƏRRÜATLAR
19 aprel 2024 13:50 (UTC +04:00)

Sumqayıtda ata-anasını öldürən 10 gün əvvəl tutulubmuş - YENİ TƏFƏRRÜATLAR

Sumqayıtda törədilən qətllə bağlı yeni təfərrüatlar məlum olub. 

Lent.az APA TV-nin hadisə yerindən hazırladığı video materialı təqdim edir: 

***

saat 07:21

Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Araşdırmalarla 24 yaşlı Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 62 yaşlı atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, Fikrət Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

 

***
03.27

 

Aprelin 19-də saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində 62 yaşlı Məmmədov Hakim və onun həyat yoldaşı 59 yaşlı Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onların oğlu, 24 yaşlı Məmmədov Fikrət Hakim oğlu saxlanılıb.

Araşdırma aparılır.


***
03:17

 

Sumqayıt şəhərində ərlə arvad qətlə yetirilib.

Lent.az xəbər verir ki, hadisə 41-ci məhəllədə 18 saylı yataqxanada qeydə alınıb.

Meyitlərin şəxsiyyəti dəqiqləşdirilir.

Aidiyyatı orqanların əməkdaşları hadisə yerinə cəlb olunub, fakt araşdırılır.

# 8676
avatar

Oxşar yazılar