Sumqayıtda 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan DANIŞDI:  qisas...
30 oktyabr 2023 11:00 (UTC +04:00)

Sumqayıtda 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan DANIŞDI: qisas...

Sumqayıtın Corat qəsəbəsində baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az xəbər verir ki, 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qətl, iki və daha çox şəxsin öldükdə), 29.120.2.7-ci (iki və daha çox şəxsin öldürməyə cəhd), 228-ci (qanunsuz silah saxlama), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri cinayət işi açılaraq istintaqı aparılır. 

İş üzrə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 36 yaşlı Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.

O, törətdiyi əməli etiraf edib və hadisəni qisas məqsədilə törətdiyini deyib. 

Hazırda onun dindirilməsi prosesi keçirilir. Şübhəli şəxs dövlət hesabına vəkillə də təmin edilib. 

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər - Tərlan Fərəcova, Serkan Karakaş, Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

# 8172
avatar

Oxşar yazılar