15 il əvvəl törədilən qətlin üstü açılıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərində Lent.az-a verilən birgə xəbərə görə, 2008-ci ilin oktyabr ayının 28-də Sumqayıt şəhər sakini 1972-ci il təvəllüdlü Tünzalə Kərimova qəsdən öldürülüb. Fakta görə başlanmış cinayət işi üzrə Sumqayıt şəhər Polis İdarəsinin və şəhər Prokurorluğunun əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış və istintaq hərəkətləri ilə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 45 yaşlı Ərəstun Zülfüqarov tutularaq istintaqa təhvil verilib. Saxlanılarkən ondan bir ədəd səsboğuculu “Baykal” markalı tapança, həmin silaha aid 176 ədəd patron və bir büküm heroin aşkar olunaraq götürülüb.
Cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.