Sosial şəbəkədə cinayətkarlığı təbliğ edirdi, həbs olundu - FOTO
25 mart 2023 09:33 (UTC +04:00)

Sosial şəbəkədə cinayətkarlığı təbliğ edirdi, həbs olundu - FOTO

Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Niyaməddin Həsənov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanılaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N. Həsənov barəsində həbs-qətimkan tədbiri seçilib.

Bundan əlavə araşdırmalar zamanı saxlanılan şəxsin sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşması da məlum olub.

# 3021
avatar

Oxşar yazılar