Şirvanda gənc oğlanı bıçaqlayan saxlanılıb.
Bu barədə Lent.az-a DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, hadisəni törədən 18 yaşlı Elcan Göyüşov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
11:04
Şirvan sakini bıçaqlanıb.
Lent.az APA-ya istinadla bildirir ki, şəhər sakini, 20 yaşlı Nəzərov Rasim Mehdi oğlu bir neçə bıçaq yarası ilə Şirvan xəstəxanasına daxil olub və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.