Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı Şirvan şəhər sakini Elşən İslamov saxlanılıb.
Daxili İşlər Bazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.
***
19.40
Şirvanda 60 yaşlı kişi qətlə yetirilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəriŞ Çılpaqlı qəsəbəsində qeydə alınıb. Şirvan sakini, 60 yaşlı Bağırov Yavər Kamil oğlu mübahisə zəminində boğazından bıçaqlanıb.
O, yaralı vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, bir neçə dəqiqədən sonra orada ölüb.
Onun kim tərəfindən bıçaqlandığı araşdırılır.