Sevgilisini güllələdi, eyni silahla İNTİHAR ETDİ
16 sentyabr 2023 18:20 (UTC +04:00)

Sevgilisini güllələdi, eyni silahla İNTİHAR ETDİ

Türkiyədə sevgilisini öldürən oğlan intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursa şəhəri Osmanqazi qəsəbəsində baş verib. Məlumata görə, Tuncer Ş. ilə 2 ildir bir yerdə yaşadığı sevgilisi, 2 il əvvəl ərindən ayrılan 35 yaşlı Nurgül D. arasında mübahisə yaranıb.

Mübahisə zamanı Tuncer Ş. silahla qadını vuraraq öldürüb. Daha sonra həmin silahla özünə də atəş açaraq, həyatına son qoyub.

Silah səslərini eşidənlər polisə və təcili tibbi yardıma məlumat veriblər. Evə gələn polis əməkdaşları onların hər ikisinin meyitini aşkarlayıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3057

Oxşar yazılar