Moskvanın şimal-şərqində polis əməkdaşları tərəfindən qətlin üstü açılıb.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, dünən Studeny Proyezddəki binanın mənzilində çoxsaylı bıçaq xəsarətləri olan 77 yaşlı evdar qadının meyiti tapılıb.
Təqaüdçünü sərxoş olan 55 yaşlı oğlu anasını öldürməkdə şübhəli bilinərək saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçiləcək.