Sərxoş kişi marketdə satıcı bıçaqlayıb öldürdü - HADİSƏ ANI
02 sentyabr 2023 19:16 (UTC +04:00)

Sərxoş kişi marketdə satıcı bıçaqlayıb öldürdü - HADİSƏ ANI

Türkiyədə marketdə qətl hadisəsi baş verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Beylikdüzü adlanan ərazisində baş verib. Yusuf. C. adlı biri sərxoş halda marketə girərək işçi ilə dalaşıb. Sonra o, əsəbi şəkildə marketi tərk edib. Ancaq sərxoş kişi bıçaqla geri dönərək işçilərə hücum edib.

Bu zaman marketin digər satıcısı Aydın Karay iş yoldaşını qorumaq üçün irəli atılıb. Yusuf. C. onun qarnına bir neçə bıçaq zərbəsi vurub və mağazadakı malları dağıdaraq qaçıb. A. Karay xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Polis əməkdaşları qətl törədən sərxoş kişini saxlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3822
avatar

Oxşar yazılar