Şəmkirdə baş verən güllələnmənin bəzi təfərrüatları məlum olub.
Lent.az APA-ya istinadla bildirir ki, güllələn Zabil Aslanov 2022-ci ildə hadisəni törədən qardaşların atalarını döyüb. Buna görə də Babək Bayramlı və qardaşı Bahəddin intiqam almaq qərərına gəliblər.
Ötən gün axşam saatlarında Bayramlı qardaşları əvvəlcə Zabil Aslanovun idarəetdiyi "KİA" markalı avtomobilə atəş açıb, sonra isə qardaşlardan Babək Bayramlı əlindəki dəmir parçası ilə avtomobilin şüşəsini sındırıb. Bayramlı qardaşlarının avtomobili isə "Passat" markalı minik maşını olub.
***
Saat: 10:10
Şəmkirdə kişi güllələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, Şəmkir rayon Polis Şöbəsinə rayon sakini, 27 yaşlı Zabil Aslanovun odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub:
"Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir".