Şəmkirdə DƏHŞƏT:  məscidin qarşısında arvadının başını kəsdi,  övladını bıçaqladı - TƏFƏRRÜATLAR
07 oktyabr 2025 11:40 (UTC +04:00)

Şəmkirdə DƏHŞƏT: məscidin qarşısında arvadının başını kəsdi, övladını bıçaqladı - TƏFƏRRÜATLAR

3

Şəmkirdə törədilən dəhşətli qətllə bağlı yeni fakt məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Şiştəpə kəndində, “Paşa Məscidi”nin qarşısında qeydə alınıb. 

Arif Hacıyev arvadı R.Hacıyevanı məscidin qarşısında qətlə yetirib. Bu zaman atasına mane olmaq istəyən oğlu da bıçaq xəsarəti alıb.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

***

saat 11:11

Şəmkirdə baş verən qətllə baş yeni faktlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı onların övladları da bıçaqlanıb.

Xəsarət alan 2009-cu il təvəllüdlü A.Hacıyev xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, 06.10.2025-ci il tarixində saat 17:30 radələrində xəsarət alması səbəbilə 2009-cu il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. 

Ona sağ əlin 4-cü barmağının və budun arxa səthinin kəsilmiş yarası, sol əlin 4-cü və 5-ci barmağının proksinol nahiyəsinin didilmiş-cırılmış yarası diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

6 oktyabr, saat 20:47

Şəmkirdə qətl hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 40 yaşlı R. Hacıyeva ağır vəziyyətdə  xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə tərəflər arasında boşanmaq üstündə olub. Belə ki, qətlə yetirilən 40 yaşlı R. Hacıyeva həyatı yoldaşı 54 yaşlı A. Hacıyevdən boşanmaq istəyib. Bundan sonra tərəflər aralarında münaqişə yaranıb və 54 yaşlı kişi arvadının boğazını kəsərək onu qətlə yetirib.

Hadisədən sonra qətli törədən şəxsin özünə xəsarət yetirdiyi bildirilir.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, 54 yaşlı rayon sakini Arif Hacıyev saxlanılıb.

Qeyd edək ki cütlüyün 3 övladı var.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 2886

Oxşar yazılar