Göyçayda avtomobil piyadanı vurub.
Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.
Ağakərim Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə piyada, 41 yaşlı Taleh Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.