Xəbər verdiyimiz kimi, Şirvanda keçmiş həyat yoldaşı, “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxs intihara cəhd edib.
Lent.az xəbər verir ki, TƏBİB Lamiyə Qanbayevanı bıçaqlamaqda təqsirli bilinən keçmiş həyat yoldaşı Tural Əlvan oğlu Qanbayevin son vəziyyətini açıqlayıb.
Qeyd olunub ki, 1988-ci il təvəllüdlü şəxs (kişi) oktyabrın 7-si, saat 08:30-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır", - deyə məlumatda vurğulanır.
TƏBİB Lamiyə Qanbayevanın da son vəziyyətini açıqlayıb.
Qeyd olunur ki, 1986-cı il təvəllüdlü L.Qanbayevanın müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub.
Hazırda onun vəziyyəti orta ağırdır.
Qeyd edək k, ötən gün Şirvan sakini, 1986-ci i təvəllüdlü Qanbayeva Lamiyə Nəcməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.
Xatırladaq ki, L.Qanbayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır.
***
6 oktyabr, saat 22:33
“Həmkarımız, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis əziz Lamiyə ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb”.
Lent.az xəbər verir ki, bunu TƏBİB-in ictimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova sosial hesabında paylaşıb.
O bildirib ki, xəsarət ana şəxs bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.
Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
\Cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 39 yaşlı Tural Qanbayevin tutulması istiqamətində tədbirlər görülür.
***
19:18
Şirvan sakini, 39 yaşlı Qambayeva Lamiyə Nəcməddin qızını həyat yoldaşı bıçaqlayıb.
Lent.az-ın məlumatına görə, 11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.
Qeyd edək ki, L.Qambayeva Şirvan şəhər mərkəzi xəstəxanasının ictimayətlə əlaqələr şöbəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.(APA)