Şəmkirdə qətl hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, fevralın 19-da Şəmkir rayon Zəyəm Cırdaxan kənd sakini 64 yaşlı Əntiqə Məmmədovanın öldürülməsi barədə polisə məlumat daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 37 yaşlı Fariz Cəlilov saxlanılaraq istintaqa təhvil verilib.