Şəhid ailəsinin   evindən oğurluq edən tutuldu - FOTO
04 avqust 2022 12:08 (UTC +04:00)

Şəhid ailəsinin evindən oğurluq edən tutuldu - FOTO

Qobustanda şəhid ailəsinə məxsus evdən oğurluq edən şəxs tutulub.

Qobustan rayonunun Nabur kəndində yerləşən şəhid ailəsinə məxsus evdən məişət əşyalarının oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət  daxil olub. Müraciət əsasında polis əməkdaşları hadisə yerində olub, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər də məhkum olunmuş Ceyhun Abdulalıyev tutularaq istintaqa təhvil verilib. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını metal qəbulu məntəqələrinə satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.

# 2511
avatar

Sevinc Fərid

Oxşar yazılar