Samuxda kişi bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində baş verib:
"Samux rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən şadlıq saraylarının birində Gəncə şəhər sakini 31 yaşlı Fazil Əhmədovun kəsici-deşici alətlə qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Şöbə əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib.
İlkin araşdırmalar nəticəsində vətəndaşa şəxsi münasibətlər zəminində mübahisə edərək xəsarət yetirən şəxsin 32 yaşlı Gəncə şəhər sakini Fərhad Rəcəbov olması müəyyən edilib. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir".