Şamaxıda baş verən bıçaqlanma ilə bağlı təfərrüatlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, bıçaqlanan Şamaxı şəhər sakinləri Laçın Məmmədov və Əlisəfa Məmmədov qardaşlardır. Saxlanılan Fərhad Əhmədov isə onların qonşusu olub.
Məlumata əsasən, Fərhad Əhmədovla qonşuları arasında əvvəllər də mübahisə olub. Mübahisəyə səbəb isə qonşuların həyətində mal-qara (peyin) qoxusu gəlməsi olub. Dünən axşam da eyni məsələ üstündə baş verən mübahisə daha da böyüyüb. Bu zaman Fərhad Əhmədov qonşusu olan qardaşları bıçaqlayıb.
Hazırda araşdırma aparılır.
***
Saat: 09:32
Sentyabrın 4-də saat 23 radələrində Şamaxı şəhərində 58 yaşlı Laçın Məmmədov və 49 yaşlı Əlisafa Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlər almaları barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Fərhad Əhmədov saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.