Azərbaycanda xoruzu satıb araq alan  kişi arvadını bıçaqladı
30 oktyabr 2025 17:14 (UTC +04:00)

Azərbaycanda xoruzu satıb araq alan kişi arvadını bıçaqladı

0

Salyanda kişi mübahisə zamanı arvadını bıçaqlayıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Kürkünd kəndində qeydə alınıb.

50 yaşlı Musa Ələkbərov (ad və soyad şərtidir) səhər tezdən yuxudan oyanandan sonra spirtli içki olan araq içmək istəyib. Lakin evdə araq və onu almağa pulu olmayıb. Buna görə də, bir neçə ay əvvəl aldığı xoruzu bazara apararaq, 7 manata satıb. Həmin pula 1 qutu “Mançester” siqareti və 250 qramlıq şüşədə olan araq alıb. Səhər yeməyində spirtli içkini içərək sərxoş olub. Arvadı ev quşunu satıb araq aldığı üçün əri ilə mübahisə edib. Mübahisə zamanı Musa bıçaqla qadının qoluna xəsarət yetirib. Zərərçəkəni oğlu xəstəxanaya aparıb və ona tibbi yardım göstərilib.

Hadisə ilə bağlı Musa Ələkbərov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib. Onun sözlərinə görə, həyat yoldaşı ilə barışıq üçün cəhd etsə də, alınmayıb. Himayəsində xəstə anası olduğu üçün məhkəmədən barəsində həbs olmayan cəza verilməsini xahiş edib.

Salyan rayon Məhkəməsində hakim Rüstəm Alıyevin sədrliyi ilə keçirilən prosesdə Musa Ələkbərov barəsində 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 618

Oxşar yazılar