“Saleh Məmmədovu məhkəməyə verəcəm” - Əvəz Zeynallının işi
18 avqust 2023 16:18 (UTC +04:00)

“Saleh Məmmədovu məhkəməyə verəcəm” - Əvəz Zeynallının işi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilməsi davam etdirilib.

Prosesdə şahid qismində çıxış edən Nağı İsmayılov deyib ki, Əvəz Zeynallını 2-3 dəfə görüb:

“Mənim Bakı-Qazax yolunda yanacaqdoldurma mərkəzim var. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin ərazidə yol çəkərkən hüquqlarımı pozdu. Bununla bağlı AAYDA-nın etiraf məktubu da var. Ali məhkəməyə müraciət edəndən sonra bunu ictimailəşdirmək qərarı aldım. Bunun üçün “Xural tv”yə müraciət etdim. Əvəz Zeynallı məni qəbul elədi. Danışdıq, canlı yayıma çıxmaq üçün vaxt təyin etdik”.

Onun sözlərinə görə, “Xural tv”də 2 dəfə çıxışından sonra Saleh Məmmədov şikayət verib:

“1-ci AAYDA-nın qayda pozuntusu, 2-ci çıxış isə Apeliyasiya məhkəməsinin yanlış qərarı ilə bağlı oldu. Canlı yayımdan təxminən bir neçə müddət sonra Ali Məhkəmə apelliyasiyanın qərarını ləğv etdi və mənim lehimə qərar verdi.

Prokuror şahiddən Əvəz Zeynallının ondan pul tələb etməsi ilə bağlı verdiyi suala Nağı İsmayılov belə cavab verib:

“Əvəz Zeynallı məndən heç bir pul tələb etməyib. Sadəcə mən dedim ki, əgər işim həll olunsa, yenidən görüşüb, yemək yeyib daha yaxından tanış olarıq”.

Nağı İsmayılov Saleh Məmmədovu məhkəməyə verəcəyini və onunla mübarizəsinin davam edəcəyini deyib.

Məhkəmə iclası avqustun 25-ə təxirə salınıb. 

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatında bildirilir ki, Ə.Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2667
avatar

Fidan İlqar

Oxşar yazılar

Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45
Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

12 dekabr 2024 , 12:30