Rusiyada azərbaycanlı pulsuzluqdan  quldurluq etdi
11 sentyabr 2024 10:27 (UTC +04:00)

Rusiyada azərbaycanlı pulsuzluqdan quldurluq etdi

Rusiyanın Murmansk vilayətində taksi sürücüsünü qarət etməkdə şübhəli bilinən 36 yaşlı Azərbaycan Respublikası vətəndaşı həbs edilib.

Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, Murmansk şəhərinin 34 yaşlı sakini olan taksi sürücüsü polisə şikayət edib. O bildirib ki, götürdüyü sərnişin ünvana çatanda onun boynundakı qızıl boyunbağını qoparıb və naməlum istiqamətə qaçıb. Nəticədə taksi sürücüsünə 40 min rubl məbləğində ziyan dəyib.

Polis tez bir zamanda hadisədə şübhəli bilinən şəxsi müəyyən edib. Onun əvvəllər məhkumluğu olmayan 36 yaşlı Azərbaycan vətəndaşı olduğu məlum olub. O, təqsirini etiraf edib və maddi vəziyyətinin ağır olması səbəbindən boyunbağını lombarda satmağı planlaşdırdığını deyib. Ancaq qızıl lombarda satılmamış azərbaycanlı saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb. Şübhəli şəxsi 4 ilə qədər həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2820
avatar

Mehman Nəbiyev

Oxşar yazılar