Restoranda dönər yeyən keçmiş arvadını GÜLLƏLƏDİ
22 noyabr 2023 17:49 (UTC +04:00)

Restoranda dönər yeyən keçmiş arvadını GÜLLƏLƏDİ

Türkiyədə qadın dönərxanada qətlə yetirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kocaeli şəhərinin Körfəz qəsəbəsində baş verib. 28 yaşlı Ajda Yatar dostu ilə restoranda dönər yeyərkən 1 ay əvvəl boşandığı əri 37 yaşlı Vahyettin Polat tərəfindən tapança ilə vurularaq öldürülüb.

Daha sonra cinayətkar hadisə yerindən qaçıb. Hazırda polis onun tapılması üçün tədbirlər görür.

# 3327
avatar

Oxşar yazılar