Rayonda narkotacir tutuldu - FOTO
23 mart 2023 14:45 (UTC +04:00)

Rayonda narkotacir tutuldu - FOTO

Daşkəsən sakini külli miqdarda narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini, əvvəllər Azərbaycanda və Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş Elçin Bayramov saxlanılıb.

Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə və külli miqdarda narkotik maddə olan metamfetamin, heroin, tiryək və marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələr vasitəsilə İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

# 2760
avatar

Oxşar yazılar