Qusarda soyğunçuluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyulun 3-də Qusar rayonunun Ləcət kəndi ərazisində rayon sakini olan bir nəfərin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Qusar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş P.Rzaxanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.