Belarusun paytaxtı Minsk şəhər məhkəməsində “qanuni oğru” Aleksandr Kurşnerovun məhkəməsi başlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sifarişli qətldə ittiham olunur.
Günahı sübuta yetiriləcəyi təqdirdə “qanuni oğru”nu 25 ilədək həbs cəzası gözləyir. Məlumata görə, Kurşnerov yaxın dostu “Lotu Quli” ləqəbli Nadir Sələfovun qisasını almaq istəyirmiş.
O, Qulinin qatillərinin öldürülməsi üçün killerlərə 700 min dollar pul vəd edib. Amma sui-qəsd cəhdi baş tutmayıb.
Killerlər yaxalanandan sonra sifarişçinin Aleksandr Kurşnerov olduğunu etiraf ediblər.