Qonşularını öldürən ər-arvadın İŞİ:  "Mən öldürəcəm, sən üstünə götürərsən"
09 dekabr 2025 17:51 (UTC +04:00)

Qonşularını öldürən ər-arvadın İŞİ: "Mən öldürəcəm, sən üstünə götürərsən"

0

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, onun həyat yoldaşı Gülnar Müzəffərova və Qasım Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən Elşən Müzəffərovun ifadəsi ilə davam edib:

"Gülnar mənə Səxavətin əməlini deyəndə onu cəzalandırmağı beynimə qoymuşdum. Bu barədə Qasıma deyəndə, dedi ki, onun cəzası ölümdür. Mən öldürəcəm, sən üstünə götürərsən. Planı Qasım qurdu. Səxavətin işdən qayıtdığı vaxta kimi izləmişdik. Qasım küçədə, mən isə həyətdə gözləməyə başladıq. Səxavət görünən kimi Qasım onu tutub həyətə saldı və boğmağa başladı. Səxavətin nəfəsi kəsilmişdi, o, artıq ölmüşdü. Köməkləşib onu basdırdıq. Gülnar bu prosesdə iştirak etməsə də, onu öldürmək istəyimizi bilirdi".

Daha sonra təqsirləndirilən şəxs məhkəmənin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb. Növbəti proses 13 yanvar 16:30-a təyin olunub.

Xatırladaq ki, hadisə Bakının Qaradağ rayonunun Sənqəçal qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.

Qətli törətməkdə şübhəli bilinən ər-arvad hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər Qasım Xankişiyev də müəyyən olunaraq məsuliyyətə cəlb olunub.

Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar