Qonaq getdiyi evdə 4 nəfəri   öldürdü
29 iyun 2023 14:25 (UTC +04:00)

Qonaq getdiyi evdə 4 nəfəri öldürdü

Kemerovo vilayətində kişi 4 nəfəri öldürüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 52 yaşlı kişi iyunun 28-də dostlarına baş çəkib və orada spirtli içki qəbul ediblər. Gecə saatlarında o, iki qadın və iki kişini növbə ilə bıçaqlayıb. Daha sonra evdə olan yeniyetmələri qanı yumağa, mobil telefon və televizoru evdən çıxarmağa məcbur edib. Lakin yeniyetmələr qaça biliblər, bundan sonra polis hadisədən xəbər tutub.

Hadisəni törədən üçün psixiatrik ekspertiza təyin edilib. Araşdırma aparılır.

# 2748
avatar

Oxşar yazılar