Çelyabinsk vilayətində itkin düşən 11 yaşlı məktəbli öldürülmüş halda tapılıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, qız iyulun 9-da itkin düşüb. Onun bel çantası Sima çayında tapılıb. Buna görə də müstəntiqlər qızın boğulduğu versiyasını irəli sürüblər.
İki gün sonra onun cəsədi çoxsaylı bıçaq xəsarətləri ilə yerli fermaya aparan yol boyunca meşə zolağında tapılıb.
Uşağı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Məlumata görə, o, qətli etiraf edib və meyiti hara qoyduğunu göstərib.
Şübhəlinin yerli fermada işlədiyi də bildirilir. O, həmçinin qətlə yetirdiyi qızın rəfiqəsinin atası imiş.
Uşağın hansı səbəbdən öldürüldüyü hələlik məlum deyil. Regional İstintaq İdarəsi bildirib ki, şübhəli şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi (uşaq öldürmə) ilə cinayət işi açılıb.