Türkiyədə kişi kürəkənini qətlə yetirib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Konya şəhəri Meram qəsəbəsində baş verib. Burada 27 yaşlı Selahettin Güngör arvadı ilə dalaşıb. Bundan xəbərdar olan Güngörün qayınatası Veysel A. evə gələrək qızını və 2 nəvəsini aparıb.
Daha sonra qayınata və kürəkən arasında mübahisə yaranıb. Mübahisə zamanı Veysel A. dəyənəklə Selahettin Güngörü döyüb. Bundan sonra özü təcili tibbi yardım çağırıb. Hadisə yerinə gələn həkimlər kişinin artıq öldüyünü bildiriblər.
Veysel A. polis tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib.