Moskva vilayətində “Wildberries” şirkətinin 20 yaşlı əməkdaşı sevgilisini bıçaqlayıb.
Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, cütlük yuyulmamış qablara görə mübahisə edib.
Məlumata görə, həmyaşıdlar Gena və Violetta Podolskdakı Klimovsk mikrorayonunda kirayəlik bir mənzildə birlikdə yaşayır.
Hadisə sevgililər istirahət günü evdə dincələrkən baş verib. Oğlanla qız yuyulmamış qablar üstündə mübahisə etməyə başlayıblar. Mübahisə zamanı oğlan qızı itələyərək, otağa girib. Lakin qız onu tutub və kürəyinə bıçaq sancıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Polis araşdırma aparır.