Moskvada qadın ərini öldürüb.
Lent.az-ın Rusiya KİV-ə istinadla məlumatına görə, aprelin 14-də şəhərin Donskoy rayonu Zaqorodnoye şossesində yaşayış binasının zirzəmisində kişi meyiti tapılıb. Müstəntiqlər onun üzərində zorakılıqla ölüm izləri aşkar edərək, “Qətl” maddəsi ilə cinayət işi açıblar.
Aprelin 15-də təhlükəsizlik qüvvələri cinayət əməlində iştirak edən qadını saxlayıb, onun mərhumun arvadı olduğu üzə çıxıb. O, dindirilmə zamanı günahını etiraf edib və qısqanclıq zəminində bu addımı atdığınıbildirib.
Araşdırma aparılır.