Türkiyədə qətl hadisəsi olub.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Karabük şəhərində Aydınlıklar məhəlləsində baş verib. Ümit. Y böyük qardaşı Önderlə birgə qayınatası N. Y.-nin evinin qarşısına gəliblər.
Burada mübahisə zamanı qayınata qardaşlara tüfəngdən atəş açıb. Nəticədə xəstəxanaya yerləşdiyilən Ümit ölüb.
Məlumata görə, Ümit iyunun 5-də qayınatası N.Y.-nin evini yandırmaqda şübhəli bilinərək həbs olunub. Onun dünən həbsdən çıxdığı bildirilir.