Qardaş bacısının ailəsini  QIRDI
31 oktyabr 2023 17:36 (UTC +04:00)

Qardaş bacısının ailəsini QIRDI

Türkiyədə bir ailənin 3 üzvü qətlə yetirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Mersin şəhəri Anamur qəsəbəsində baş verib. 50 yaşlı M.T. aralarında ədavət olan bacısı 47 yaşlı Serap Akdağın evinə gedib. Burada bacı-qardaş arasındakı mübahisə getdikcə böyüyüb. Nəticədə M.T. üzərindəki gətirdiyi ov tüfəngi ilə bacısını, onun 50 yaşlı əri Murat və bacısı oğlu 21 yaşlı Ferhat Mücahid Akdağı güllələyib.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları hər üç şəxsin öldüyünü müəyyən ediblər.

Qətli törədən kişi isə ərazidən qaçıb. Hazırda polis onun tapılması üçün axtarış tədbirləri keçirir.

Serap Akdağ

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4509
avatar

Oxşar yazılar