Xorvatiyada gürcü “qanuni oğrular” toplantı keçirərək kriminal dairələrdə Jora Kutaisski kimi tanınan Sulxan Mjavianın statusunu təsdiqləyiblər.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Adriatik dənizi sahilində yerləşən Dubrovnik kurortuna toplaşanlar iki məsələni – “qanuni oğru” Mjaviyanın hüquqlarını bərpa etmək və 16 il əvvəl Tbilisidəki təcridaxanada Zviad Papiaşvili və Ramaz Djinçaradze arasında Beso Kuprashviliyə görə baş vermiş münaqişəni həll etmək niyyətində olublar.
Bununla belə, oğrular məqamlardan yalnız birini həll edə biliblər – Jora Kutaisinin statusunu təsdiqləmək. Papiaşvili onu incidənlərlə barışmaqdan imtina edib.