"Qanuni oğru"lar  arasında DAVA: 4 nəfər saxlanıldı
25 noyabr 2023 14:02 (UTC +04:00)

"Qanuni oğru"lar arasında DAVA: 4 nəfər saxlanıldı

Ermənistanda “qanuni oğru”lar arasında dava olub.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə noyabrın 17-də paytaxt İrəvanda baş verib. Vitali Tbilisski və onu İrəvanda müşayiət edən şəxslər digər “qanuni oğru” Arsen Yerevanski eləcə də “Mercedes” markalı avtomobilin sürücüsü ilə əlbəyaxa olublar.

Ermənista Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dava zamanı tərəflər ictimai asayişi pozub, təhqir işlədərək bir-birini vurub.

Faktla bağlı “Xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb.

Noyabrın 22-də Vitali Tbilisski və onu müşayiət edən üç nəfər saxlanılıb.

Baxış zamanı avtomobildən içərisində kristala bənzər kütlə olan çanta, 2 ədəd psixotrop həb, 2 ədəd tapança aşkar edilərək götürülüb.

# 35286
avatar

Oxşar yazılar