“Qanuni oğru”  Hacı Beyləqanski   21 il azadlıqdan məhrum edildi
19 sentyabr 2023 19:51 (UTC +04:00)

“Qanuni oğru” Hacı Beyləqanski 21 il azadlıqdan məhrum edildi

Moskvada məhkəmə kriminal iyerarxiyada ən yüksək vəzifə tutmaqda təqsirli bilinən kriminal dairə rəhbərini 21 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Söhbət kriminal dairələrdə “qanuni oğru” Hacı Beyləqanski kimi tanınan Talıbxanlı Hacıbab Tahir oğlundan gedir, 

Məhkəmə müəyyən edib ki, o, 2012-ci ildə criminal dünyasının kralı Aslan Usoyanın (Ded Xasan) şəriki - İlqar Əliyevin sıradan çıxarılmasına görə tac alıb. O, 2012-ci ildə Moskvada Presnenski Valda yolda pusquda durub və bir neçə güllə atıb. Bu cinayətə görə Hacı Beyləqanski 2020-ci ildə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkum xüsusi rejimli həbsxanaya göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9570

Oxşar yazılar