45 yaşlı "qanuni oğru" “Levan Suxumski” kimi tanınan Levan Abuladze Rusiyanın ən qapalı həbsxanasından qaçıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Vladimirski Sentral”dan müəmmalı şəkildə yoxa çıxıb.
Məlumata görə, o, tualetə getmək adı ilə mühafizəçilərdən əlindəki qandalı açmağı xahiş edib.
Əlləri açılan "qanuni oğru" qaçıb.