Moskvadakı mənzilin hamamında qadının parçalanmış meyiti və bədəninin hissələri olan çantalar tapılıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, meyit ötən gün Moskvanın şimal-qərbində, Fabrisius küçəsində yerləşən evdə aşkarlanıb. Mütəxəssislər mərhumun bədənində zorakı ölüm izləri qeydə alıblar.
Hadisə yerindən içərisində qadın cəsədinin hissələri olan çantalar və cinayətin törədildiyi iddia edilən silah - kəsici alət də tapılıb.
Hadisə ilə bağlı “qətl” maddəsilə cinayət işi başlanıb. Araşdırma aparılır.